Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.
FED.az Nazirliyə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.
Qeyd eədk ki, İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyənin Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.
Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nazirə yeni müavin təyin edildi

20:00
24 Sen 2018