"Son döyüşlər müxtəlif qoşun növü bölmələrinin gecə saatlarında eyni anda bir neçə istiqamətdə çətin relyefli, dağlıq ərazidə qarşılıqlı əlaqədə həyata keçirdiyi uğurlu cavab tədbirləri Azərbaycan Ordusunun hərb elminə gətirdiyi növbəti yenilik olub".
FED.az xəbər verir ki, bu barədə nazir Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.
Nazir qeyd edib ki, bu döyüşlər dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən araşdırılacaq və təhlil ediləcək.