Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır.
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almatıda erməni həmkarı ilə görüşdən əvvəl bildirib.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq ərazilər minalardan təmizlənib, eyni zamanda, coğrafi koordinatlar dəqiqləşdirilib.
Nazir onu da bildirib ki, Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı şərh mübadiləsi aparıblar. (Apa)