Koronavirusun Azərbaycana təsirinin azaldılması üçün iqtisadiyyat və biznesə dəstək tədbirləri ümumilikdə 1,9 milyon nəfəri əhatə edəcək. Bundan məşğulluq və sosial duruma dəstək tədbirlərinə 394 milyon manatın sərf edilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, bu vəsaitin 100 milyon manatı dövdət büdcəsindən, 203 milyon manatı Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manat isə İşsizlikdən Sığorta Fondundan əldə ediləcək.
Nazir bildirib ki, martın əvvəlində ölkəyə 660 min nəfər əmək maqviləsi ilə işləyən olub. Son günlər bunların sayı azalmayıb, əksinə, artıb və hazırda 690 min nəfər təşkil edir.
Nazir bildirib ki, hazırda işçilərin ixtisarına ciddi nəzarət edilir: «Ləğv edilən hər əmək müqaviləsi üzrə sahibkarla müzakirə aparılır, çalışırıq müəyyən edək ki, işçi hansı səbəbdən ixtisar edilib, onun əsas varmı".
Nazir bildirib ki, hazırda şikayət edənlərin əksəriyyəti əmək müqaviləsi olmayaraq çalışanlardır: «Onlar hesab edirdilər ki, vergi və sosial sığorta haqlarını ödəməməklə üstünlük əldə edirdilər, amma bu gün ən böyük zərəri onlar gördülər».