Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək.
S.Babayev qeyd edib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər:
"Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək"