Nazir İnam Kərimov 4 fəaliyyət prinsipini açıqladı.
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Aqrar təchizat və tədarük” Açıq Səhmdar Cəmiyyətinin yaradılması cənab Prezidentin yürütdüyü aqrar siyasətin tərkib hissəsidir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda “borc bürosu”nun siyahısı üç milyondur - MÜSAHİBƏ
“Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması Cənab Prezidentin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir”. Bu açıqlamanı jurnalistlərə kənd təsərrüfatı naziri İnam Kərimov verib.
Nazir bildirib ki, Fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcəkdir: “Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:
a) aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;
b) keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;
c) ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;
d) çevik və şəffaf idarəetmənin təşkili.
Məqsədlərimizə nail olmaq üçün aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalarından istifadə edəcəyik. Eyni zamanda yaradılmaqda olan elektron kənd təsərrüfatı informasiya sisteminin imkanlarından yararlanacağıq”.