Koronavirusun məşğullğu və sosial sahəyə təsirinin azaldılması üçün dəstək tədbirləri müəyyən qaydalar çərçivəsində aparılacaq.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, ödənişlər dövlət dəstəyi olduğu üçün onun səmərəli istifadə edilməsi nəzərdə tutulur. «Yəni ola bilməz ki, bir ailə bir neçə dəstək tədbirlərindən faydalansın, digər ailə isə heç bir dəstək görməsin».
Nazir bildirib ki, əgər hər hansı ailənin bir üzvü maaşını alırsa, onun digər üzvləri üçün dəstək üzrə ödəniş edilməyəcək: «Biz resurslardan səmərəli və ədalətli istifadə etməliyik».
S.Babayev xatırladıb ki, bəzi kateqoriyaya aid olan şəxslər işsizlik müavinəti ala bilməzlər. Bunlar tələbələr, pay toprağı olanlar, sahibkarlıqla məşğul olanlar, yəni VÖEN-i olanlar, əmək müqaviləsi ilə işləyənlərdir: «Bunu ona görə xatırladıram ki, hazırda bütün müraciətlərin 60%-i məhz belə şəxslərdir. Halbuki «Məşulluq haqqında» qanunda belə şəxslər dəqiq göstərilib».