Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət nəzarəti məsələləri sektoruna yeni müdir təyin edilib.
Eləcə də bax: Azərbaycanda nazir - İŞDƏN ÇIXARILDI
FED.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə İkram İslam oğlu Əliyev təyin olunub.
V.Talıbovun digər sərəncamı ilə Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.