Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Tapdıq Əliyev bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.