Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Eləcə də bax: Naxçıvanda vəzifəli şəxs - İŞDƏN ÇIXARILIB
Sərəncama əsasən, Vüsal Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.
Ali Məclis sədrinin digər sərəncamı ilə Mirsədr Seyidov isə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilib.