Münxendə Prezident İlham Əliyevin ABŞ-ın Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub.
Prezident: “Kriminal ünsürlər Qarabağdan çıxarılmalıdır”
Paşinyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim edib”
FED.az xəbər verir ki, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşınyan Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim etdiyini bildirmişdi.