General-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
FED.az xəbər verir ki, Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq sərəncam imzalayıb.