İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun ali hərbi rütbələr, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
ELƏCƏ DƏ BAX : İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
FED.az xəbər verir ki, Sərəncama əsasən, iki nəfərə “general-leytenant”, altı nəfərə “general-mayor” hərbi rütbələri verilib.
Prezidentin digər Sərəncamına əsasən, dörd nəfər “Azərbaycan Bayrağı” ordeni, yeddi nəfər “Vətən uğrunda”, 10 nəfər “İgidliyə görə”, 39 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.