Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.
Müdafiə Nazirliyi: "Cavab tədbirləri Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.
Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.