Azərbaycan ordusunun əks-hücum əməliyyatları zamanı qarşı tərəf ciddi müqavimət göstərə bilmir və geri çəkilməkdədir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bu gün prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında bildirib.
«Düşmən böyük itkilər verərək geri çəkilir. Azərbaycan ordusunun zərbələri həm ön xəttdən, həm də düşmənin tam dərindiyində həyata keçirilir. Ordumuz müasir silahlardan istifadə edir və biz düşmənin müqavimətini ciddi gormürük, geri çəkilirlər»-deyə nazir bildirib.