Çalışacağıq ki, ilkin nəticələri yanvarın 29-u axşam və ya ayın 30-u açıqlayaq.
Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
FED.az xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
O bildirib ki, parlament və Prezident seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərində bu məsələ bir az çətindir.
“Çünki namizədlərin və seçilən insanların sayı çox olur. Dairə seçki komissiyalarının protokollarını sayıb, məntəqə protokollarını ümumiləşdirib yekun nəticə bildirmək kifayət qədər vaxt aparır. Çatdıra bilsək, 29-u gecə, hətta 29-dan 30-na keçən gecə də olsa, nəticələri açıqlayacağıq. Tam əminliklə demək olar ki, ayın 30-u nəticələri açıqlayacağıq”, - MSK sədri əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək. (Trend)