Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizəd Sakit Mirişovun müraciətinə baxılıb.
Eləcə də bax: 73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI
FED.az “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Namizəd dairə üzrə 34 seçki məntəqəsinin 30-dan müraciət edib. Sosial şəbəkələrdə görüntülərə baxılıb və seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir”.
MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.