Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyevin müraciətinə baxılıb.
Eləcə də bax: MSK daha bir məntəqənin nəticələrini - LƏĞV ETDİ
FED.az “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntusu aşkarlanmayıb”.
İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.