Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.
Eləcə də bax: Onların dairəsinin ləğvinə belə qərar verilib - İCLASDAN VİDEO
FED.az xəbər verir ki, bununla bağlı MSK-nın iclasında müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Report