“Azərbaycan heç vaxt tək deyil”.
Hücum “Kalaşnikov”la edilib - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
O, Tehrandakı səfirliyə hücumla bağlı Azərbaycana başsağlığı verib: “Can Azərbaycanın Tehran səfirliyinə olan hücumu lənətləyirəm. Şəhid qardaşımıza Allah rəhmət eləsin”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. (Report)