"Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır".
Bu barədə FED.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatlar təxribat xarakteri daşıyır.