"Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur".
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır", - məlumatda qeyd edilib.