Banner

Dövlət

MN: Ermənistan yüzə yaxın hərbi qulluqçusunu itirib

MN: Ermənistan yüzə yaxın hərbi qulluqçusunu itirib | FED.az
08:10 17 İyul 2020

"Kütləvi İnformasiya Vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərinin isə yaralı olması barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir".

Eləcə də bax: Müdafiə Nazirliyi: Tovuz istiqamətində döyüş gedir

FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi bildirib. 
"Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.
Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq", - xəbərdə bildirilir.

Digər xəbərlər

Banner