Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən FED.az-a verilən məlumata görə, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb.