“Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun və qərar qəbul edilib”.
FED.az xəbər verir ki, bunu parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, payız sessiyasının mühüm bir dövrü Vətən müharibəsini əhatə edib: “Bizim əsas mübarizə vasitəmiz parlament diplomatiyası idi. Milli Məclis Vətən müharibəsində qələbə ilə bağlı da xüsusi iclas keçirib. Bir müddət əvvəl cənab Prezident İlham Əliyvin müvafiq fərmanı ilə yaradılan "YAŞAT" Fonduna Milli Məclisin deputatları, Aparatın əməkdaşları tərəfindən 102 min manat vəsait köçürülüb”.