Neftçala rayon İcra Hakimiyyətinə yeni rəhbər təyin olunub.
Eləcə də bax: İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, M. Seyidov “İrəli” İctimai Birliyinin sədridir.
Xatırladaq ki, Neftçalanın başçısı İsmayıl Vəliyev ötən ay Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək aldığı bildirilib.
Fevralın 20-də isə prezident İlham Əliyev onun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam verib.