Dünən – iyunun 29-da Milli Məclisin sonuncu növbədənkənar plenar iclası keçirilib. Dünənki növbədənkənar iclasla Milli Məclisin yaz sessiyası ərzindəki fəaliyyətinə yekun vurulub.
FED.az-ın məlumatına görə, yaz sessiyası ərzində parlament bir neçə yeni qanun layihəsini qəbul edib və bir neçə qanunlara dəyişiklikləri qəbul edib.
Yaz sessiyası ərzində Milli Məclisdə qəbul olunan yeni qanun layihələri aşağıdakılardır:
1.“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Konstitusiya qanununun layihəsi;
2. “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Konstitusiya qanununun layihəsi;
3. “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanununun layihəsi;
4. “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi;
5. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi;
6. “Hesablama Palatası haqqında” qanun layihəsi;
7. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi;
8. “Peşə təhsili haqqında” qanun layihəsi;
9. "Məşğulluq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi;
10. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi;
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
İyun ayında Milli Məclisin 2 növbədənkənar iclası (12 və 29 iyun) keçirilib.