Milli Məclis Aparatının Analitik İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev vəzifəsindən azad edilib.
Eləcə də bax: Karantin qaydalarını pozan Milli Məclis əməkdaşı - İŞDƏN ÇIXARILDI
FED.az xəbər verir ki, Aydın Ağayev öz ərizəsi ilə Milli Məclis rəhbərliyinə müraciət edib.
1950-ci il təvəllüdlü Aydın Ağayev Milli Məclisin qocaman məmurlarından idi.
Tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Aydın Ağayev uzun illər Azərbaycan Televiziyasında “Planetimiz bu gün” verilişinin aparıcısı olub.
Aydın Ağayev 2-ci dərəcə dövlət müşaviridir, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Müsavat