Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
FED.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyi təqdim edib.
Eləcə də bax: Deputatların əmək haqqı artırıldı - MƏBLƏĞ MƏLUM OLDU
İclasda əvvəlcə cari məsələlər müzakirə edilib. Həmçinin oktyabrın 19-da Bakıda keçirilən qanunsuz aksiyaya da toxunulub. İlk söz alan parlamentin dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, təkcə millət vəkilləri yox, bütün təşkilatlar bu qanunsuz aksiya ilə bağlı öz mövqelərini bildirməlidirlər.
Parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, oktyabrın 19-da keçirilən qanunsuz aksiya Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurmağa hesablanmış addım idi.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə bildirib ki, qanunsuz aksiya keçirməyə cəhd edənlərin məqsədi Azərbaycanda həyata keçirilən islahatlara mane olmaqdır.
Cari məsələlərdən sonra büdcə sistemi haqqında qanun müzakirə edilib.
Qeyd edək ki, Milli Məclisin gündəliyində, ümumilikdə 23 məsələ müzakirə mövzusu olub.
Xezerxeber.az