Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - RƏSMİ
FED.az xəbər verir ki, bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Parlamentin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. (Apa)