Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası başlayıb.
FED.az xəbər verir ki, iclas Şuşa şəhərindəki “Qarabağ” hotelində keçirilir.
clasın gündəliyinə 2 məsələ daxil edilib:
1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.