Martın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.
FED.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclası komitə sədri Musa Quliyev aparıb.
Eləcə də bax: Sosial sığorta haqlarının - 7 FAİZİ BÜDCƏYƏ KÖÇÜRÜLƏCƏK
İclasa komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.
İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.
Onlayn iclasın sonunda müzakirə edilən sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.