Banner

Dövlət

Milli Məclisə yeni mətbuat katibi təyin edildi – SÜRPRİZ DƏYİŞİKLİK

Milli Məclisə yeni mətbuat katibi təyin edildi – SÜRPRİZ DƏYİŞİKLİK | FED.az
13:41 6 May 2020

Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

FED.az “BakuPost”a istinadən xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarovanın əmri ilə bu posta tanınmış teleaparıcı Ceyhun Əli təyin edilib. Bu gün ərzində o, kollektivə təqdim olunacaq.

Maraqlıdır ki, bir neçə gün əvvəl bu vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin edilməsi ilə bağlı məlumat yayılmışdı. Məsələ ilə bağlı Elnar Məmmədli “BakuPost”a bildirib ki, xəbərlər yayılsa da, onun təyinatı ilə bağlı rəsmi qərar olmayıb.

Digər xəbərlər

Banner