Ötən gün axşam bir qrup insanın Milli Məclis törətdiyi dağıntılara görə dəymiş ziyanın məbləği açıqlanıb.
Eləcə də bax: Milli Məclis Aparatı dünənki hadisə ilə bağlı - MƏLUMAT YAYIB
FED.az xəbər verir ki, dağıntılar zamanı Milli Məclisə ümumilikdə 22 min 150 azn məbləğində maddi ziyan dəyib.
Bu barədə Parlamentin yaydığı məlumatda deyilir:
"Milli Məclis olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik".