Milli Məclisdə yeni kadr təyinatları olub.
Eləcə də bax: "ASAN Xidmət"in "İnnovasiyalar Mərkəzi"nin rəhbərliyinə - Müvəqqəti Təyinat
FED.az xəbər verir ki, Sahibə Qafarovanın müvafiq əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.
Bununla da Milli Məclis sədrinin köməkçilərinin sayı 4-dən 3-ə enib.
S.Qafarovanın daha bir əmri ilə isə Mehdi Dünyamalı oğlu Qurbanov Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.
Xatırladaq ki, F.Hacıyev Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib. (Report)