Milli Məclis Aparatında yeni yaradılan Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində Vətəndaşların qəbulu sektoru yaradılıb.
Eləcə də bax: Bu şəxs Milli Məclisdə yeni yaradılan şöbənin müdiri - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, Anar Vəliyev yeni sektora müdir təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin yaradılması ilə əlaqədar Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Vətəndaşların qəbulu sektoru ləğv edilmiş, bu sektorun müdiri olmuş Rüfət Məmmədov Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdir müavini təyin olunmuşdu. (Apa)