Milli Məclisin üzvlərinin maaşları açıqlanıb.
FED.az xəbər verir ki, Milli Məclis Sədri və onun birinci müavini və müavinləri, Milli Məclisin komitə sədrlərinin, müavinlərinin və sıravi deputatların, eləcə də deputat köməkçilərinin aylıq vəzifə maaşlarının miqdarı məlum olub.
Deputatların maaşı ilə bağlı - RƏSMİ AÇIQLAMA - MƏBLƏĞLƏR
“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.
Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Milli Məclisin deputat köməkçiləri isə ayda 1 200 manat maaş alırlar.