"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Eləcə də bax: Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək
FED.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. (Report)
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.