Parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
FED.az xəbər verir ki, müraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib.
Müraciətdə deyilir: “1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın 20 faiz ərazisi Ermənsitan silahlı qüvvələri tərəfindən işğal olunub .20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün salınıb. 1992-ci ilin fevralın 26-da Xocalı soyqrımı törədilib...”.
Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb. (Report)