Bu gün - mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçriləcək.
FED.az-ın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;
2. “Hesablama Palatasının hesabatı haqqında” qanuna dəyişiklik;
3. Əmək Məcəlləsinə dəyişiklik;
4. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi 3-cü oxunuşda;
5. “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;
6. “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;
7. “Dərman vasitələri haqqında” qanuna dəyişiklik;
8. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna dəyişiklik;
9. “Hesablama Palatası haqqında” qanun layihəsi 2-ci oxunuşda;
10. “Təhsil haqqında” qanuna dəyişiklik.