Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində ilk komitə iclası keçiriləcək.
Eləcə də bax: Milli Məclis büdcəyə dəyişiklikləri - QƏBUL EDİB
FED.az xəbər verir ki, komitənin iclasında aşağıdakı məsələlər müzakirə olunacaq:
- Milli Məclisin Elm və təhsil komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi;
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş);
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş);
- Cari məsələ.
Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq.