Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.
Eləcə də bax: Müdafiə Sənayesi Nazirliyində - Kadr Dəyişikliyi
FED.az xəbər verir ki, Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Yerli və mərkəzi icra orqanları ilə iş sektorunun müdiri Emin İmanov İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.
Bundan əlavə, Milli Məclis Aparatının Katibliyinin keçmiş rəisi İlqar Əliyev Milli Məclisin komitələrin və komissiyaların işinin təşkili şöbənin müdir müavini təyin olunub.
Qeyd edək ki, hazırda Milli Məclis Aparatının Katibliyinin rəisi Teymur Tağıyevdir. (Report)