Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub.
FED.az MİA-ya istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə Xaqani Abdullayev nazir müşaviri təyin olunub.
Məlumat üçün bildirək ki, bundan əvvəl Xaqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ötən ilin avqustun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu. Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır.