Vergilər naziri Mikayıl Cabbarov “Xəzər Siyasət Mərkəzi”nin idarə heyətinin üzvü Robert Sekuta ilə görüşüb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.