Prezident İlham Əliyev Sadiq Sadıqovun Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.
Qeyd edək ki, bu təyinata qədər MİDA İdarə Heyətinin sədri postu boş idi, S.Sadıqov isə sədr müavini vəzifəsini tuturdu.