Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçirilib.
ELƏCƏ DƏ BAX: Eldar Əzizovdan daha bir -TƏYİNAT
XİN-dən FED.az-a verilən məlumata görə, iclasda cari il Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı, həmçinin bir sıra digər təşkilati və kadr məsələləri müzakirə edilib.
İclas zamanı həmçinin XİN-in yeni təyin olunmuş idarə rəisləri kollektivə təqdim olunub.
Məmmədyarov yeni idarə rəislərini - TƏQDİM ETDİ
21:27
30 Yan 2019