“Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi”.
Eləcə də bax: Paşinyan: “Həm şimal, həm də cənub istiqamətində geri çəkilirik”
FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi general-mayor İkram Əliyev bildirib.
Onun sözlərinə görə, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka-U" raketi məhv edilib:
“Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elburus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətrilərdisə, Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir”. (Report)