Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Emin Hüseynov hazırda Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.
E.Hüseynov ixtisasca iqtisadçıdır. Dövlət İqtisad Universiteti ilə yanaşı, ABŞ-ın Florida Ştatı Universitetində və Harvard Kennedi Məktəbində iqtisad və dövlət idarəçiliyi sahəsi üzrə magistr dərəcələrinə malikdir.
Uzun müddət Mərkəzi Bankda çalışaraq 2010-2013-cü illərdə AMB-nin Baş Direktoru vəzifəsinə qədər yüksəlib. 2013-2016-cı illərdə ADA Universitetinin prorektoru, 2016-2018-ci illərdə Maliyə nazirinin müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.