Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya baş naziri Dmitri Medvedevlə görüşüb.
FED.az xəbər verir ki, görüş Rusiya Hökumətinin Qəbullar Evində keçirilib.
Eləcə də bax: Mehriban Əliyeva İlham Əliyevin keçirdiyi - İQTİSADİ MÜŞAVİRƏYƏ QATILIB
Görüşdə baş nazirin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, və Birinci vitse-prezidentin köməkçiləri Anar Ələkbərov və Elçin Əmirbəyov iştirak edib.