Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 65 yaşı tamam olan Mədət Quliyev bu vəzifəyə 2019-cu il iyunun 20-də təyin edilmişdi.
İndiyədək Mədət Quluyev DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), DİN-in Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), DİN-in Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), Ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi (2011–2015), DTX rəisi (2015–2019) kimi vəzifələrdə çalışıb.
İlham Əliyevin digər sərəncamı ilə M.Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Qeyd edək ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi keçmiş daxili işlər naziri Ramil Usubovdur.